news

“Narimanfilm” kinostudiyası “Doğma Torpaq” tammetrajlı bədii filmin (quruluşçu rejisser və ssenari müəllifi İlqar Safat) istehsalının çəkiliş dövrünü başa çatdırmışdır.

“Narimanfilm” kinostudiyası “Doğma Torpaq” tammetrajlı bədii filmin (quruluşçu rejisser və ssenari müəllifi İlqar Safat) istehsalının çəkiliş dövrünü başa çatdırmışdır. “Doğma torpaq” bədii filmi “Narimanfilm” və “Azərbaycanfilm” kinostudiyalarının müştərək istehsalı olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, PASHA Holdinqin, və həmçinin Gazelli Group, AZMADE, CMS, ITV, Caspian Energy Club, Azersun şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Filmin bəzi epizodları qədim Şuşa şəhərində çəkilmişdir. Qeyd etməliyik ki, bu çəkilişlər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müdrük rəhbərliyi altında müzəffər ordumuz tərəfindən azad olunmuş torpaqlarda azərbaycan kinematoqrafçılarının həyata keçirdiyi ilk işidir. “Doğma torpaq” bədii filminin çəkilişlərində aktyorlardan Rüstəm Cəbrayılov, Alina Vorontsova(Rusiya), Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları iştirak etmişlər.