news

“Doğma torpaq” bədii filminin ikinci hissəsinin çəkilişlərinə hazırlıq gedir

"Narimanfilm" kinostudiyası "Azərbaycanfilm" kinostudiyası ilə birgə "Doğma torpaq" bədii filminin çəkilişlərinin ikinci hissəsinin hazırlıq dövrünə başlamışdır. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, prodüseri Nəriman Məmmədovdur. Film Azərbaycanın  ən yeni tarixinin  azərbaycanlıların Qafandan qovulması, Xocalı soyqırımı və işğal olunmuş Qarabağ torpaqlarının azad olunması kimi üç mühüm hadisəsi haqqında bəhs edir. Qeyd etməliyik ki, bu layihə Azərbaycan Mədəniyyət Nazirliyinin, Heydər Əliyev Fondunun, PASHA Holdinqin, həmçinin, Gazelli Group, İTV,  Caspian Marine Services, AZMADE, Azersun şirkətlərinin dəstəyi ilə həyata keçirilir. Eləcə də, Caspian Energy Club  bu işdə xüsusi yer tutur. "Doğma torpaq" filminin çəkilişlərində aktyorlar Rüstəm Cəbrayılov, Alina Vorontsova, Hacı İsmayılov,  Orxan Abbasov, Azər Aydəmir, Rəşad Səfərov, Qorqud Cəfər, Əminə Abbasova və başqaları iştirak edirlər.