Our services
switch to english versionswitch to russian version
Reqion xəbərləri

Cənubi Qafqaz (IFA-SC) - Müstəqil Kinoxadimləri Assosiasiasiyası 2005-ci ilin sentyabr ayında Gürcüstanın Tiflis şəhərində yaranmışdır.

(IFA-SC) əsas məqsədlərindən biri – Cənubi Qafqazda kinocəmiyyətlərinin inkişafı məqsədi ilə müəyyən işlərin görülməsidir, cəmiyyətin mədəniyyət və iqtisadiyyat nöqteyi nəzərindən inkişaf etmiş sektoruna çevrilməsidir.

İlqar Safatın Filmoqrafiyası:

1. “Min” (2001, Moskva)
2. “Dağın nəvəsi” (2002-2006, Bakı)
3. “Mən quşları xatırlayıram...” (2002, Moskva)
4. “Səma kökləri” (2003, Xabarovsk)
5. “Daşda yaşayan ruh” (2003, Xabarovsk)
6. “Azadam. Öpürəm. Boris” (2004, Moskva).
7. "Sonet 129" (2005, Moskva)
8. "Sofrinskaya Boqoroditsa" (2005, Moskva)
9. “Məhsuldar otlaqlarda” (2006, Bakı).
10. "Qobustana qayıdış" (2007, Bakı)
11. "Pəri-Qala" (2007, Bakı)
Vaqif İbrahimoğlu


Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır. 1989-cu ildən «YUG» Teatrının Bədii rəhbəri vəzifəsində çalışmışdır (1992-ci ildə «YUG» Teatr-Studiyası dövlət statusu almışdır). Hal-hazırda «YUG» Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirir. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosentidir. 2006-cı ildə Prezident mükafatına layiq görülmüşdür.

Vaqif İbrahimoğlu «YUG» Teatrında 1989-cu ildən bu günə qədər 80-ə yaxın tamaşaya quruluş vermişdir

2005-ci ilin iyul ayından etibarən “Narimanfilm” kinostudiyasının bədii – ekspert şurasının sədridir.


Ünvan: Bakı şəhəri, AZ1003, F. Qurbanov küçəsi, 13/5
Tel.: (994 12) 491 63 79
Mob.: (994 50) 216 32 65
Faks: (+994 12) 498 81 64
E-mail: nmammadov@inbox.ru, mail@narimanfilm.az