Birinci müsəlman festivalının «Səsi» və «Qızılı»
N.Kazımova__
Tatarstanın paytaxtında «Qızıl Minbər» 1 Beynəlxalq müsəlman kinosu festivalı start götürmüşdür. İyirmi dövlətin kinematoqrafçılarını toplamış forum Kazanın 1000-illiyinə həsr olunmuş bayram tədbirlərinin bir hissəsi olmuşdur, ona görə də ən yüksək dərəcədə keçmişdir, bu da təəccüblü deyil, belə ki, «Qızıl Minbər» Tatarstan Respublikası prezidenti aparatının, mədəniyyət nazirliyinin, Kazan hökumətinin və Tatarstan Müsəlmanlarının Ruhani İdarəsinin dəstəyi ilə keçirilir.
Rusiya müftiləri Şurası da kənarda qalmamışdır. O, «İslam dünyası» televideoşirkəti ilə birgə müsəlman kinematoqrafçılarının illik keçirilən forumunu «Qızıl Minbər» festivalını keçirməyi planlaşdırır. Yeri gəlmişkən, indiyə qədər bu cür mövzuda daimi kinematoqrafiya forumları olmamışdır.
Kinofestvalın əsas prizi- «Qızıl Minbər» heykəlciyidir- ucları dalğalara çevrilən plyonka kələfi, onlara tərəf mürcü üzür, mürcüdə minbər yerləşir, ordan imam moizə söyləyir. Təşkilatçıların fikrincə, «Qızıl Minbər» festivalının adı və əsas prizi onu təmsil edir ki, kino vasitəsilə işıq və sülh yayılmalıdır. Festivalın baş direktoru Zaudi Mamirqov qeyd etdi -«Bizim əsas vəzifəmiz- müsəlman dünyasının daxili aləmini açmaq, biz islam ardıcıllarının xristianlar, yəhudilər və ya buddistlər kimi insanlar olduğumuzu göstərməkdir. «Böyük təəssüflə qeyd etmək lazım gəlir: böyük ekranda və ya televiziyada müsəlman obrazı son dərəcə təhrif edilmişdir. Belə çıxır ki, əgər bu çeçendirsə- mütləq «kalaşnikovu» qabağa əyərək tutmuş yaraqlı, əfqan- savadsız narkotacir, azərbaycanlı-bazarda alverçidir. Bizim vəzifəmiz Rusiyada və xaricdə müsəlmanın– yüksək mədəniyyətli insan, xeyirxah qonşu, qayğıkeş ər, məsuliyyətli ailə başçısı, öz ölkəsinin əsil vətənpərvəri kimi obyektiv obrazının yaradılmasından ibarətdir.»
Lakin adına baxmayaraq, festivalda nəinki müsəlmanlar, həmçinin islam tərəfdarları və ya onların mədəniyyəti haqqında filmlər yaradan digər dinlərin nümayəndələri də iştirak edə bilərlər. Buna sübut – Vladimir Xotinenkonun «Müsəlman» filmidir. Film əfqan əsirliyindən qayıtmış rus gəncindən gedir. O, orada islamı qəbul etmiş və kənd həyatının gerçəkliklərinə zidd olaraq əsl müsəlman kimi qalmağa çalışır. Hər şey faciəvi qurtarır: Əyyaş «pravoslavlar» «yeniləşdirilmiş» kənd sakinini qəbul etmək istəmirlər, o, sadəcə izqoy deyil, həmçinin hər gün başqa dindən olanlara dözümlülük göstərməyən kənd sakinləri ilə qeyri-bərabər döyüşə girməli olur.
«Qızıl Minbər» kinofestivalının konkurs nümayişinə yetmişdən çox iş göndərilmişdir: Azərbaycan, Özbəkstan, Türkiyə, İordaniya, Misir, Suriya, İran, həmçinin Polşa, Litva, Kanada və Böyük Britaniyadan filmlər. Beynəlxalq jüriyə dramaturq və rejissor Rustam İbrahimbəyov başçılıq edirdi. Jürinin tərkibinə, xüsusilə, kinoşünas Kirill Razloqov, məşhür misir aktyoru Nur Şerif, suriyalı kino ulduz Muna Vasif və Azərbaycan mədəniyyət Nazirliyi kino şöbəsinin müdiri Cəmil Fərəcov daxil olmuşlar. Rusiya kinosunun Marat Başarov, Aleksandr Filippenko, Lidiya Fedoseyeva-Şukşina, Lev Durov, Liya Axedjakova kimi ulduzları festivalı dəstəkləmişlər.
Mükafatlar üç nominasiya üzrə veriləcək: Bədii, sənədli və animasiya filmi. Festivalın qalibləri «Qızıl Minbər», «Gümüş minbər» və «Bürünc minbər» heykəlcikləri, Tatarstan prezidenti və mədəniyyət nazirliyinin prizləri, həmçinin ən yaxşı kişi rolu, ən yaxşı qadın rolu, «İslam çağırışı işində xidmətlərinə görə» prizləri ilə təltif ediləcəklər. Ölkəmizin bütün üç nominasiyada təmsil olunması çox xoşdur.
Ən yaxşı Bədii film adı uğrunda iki vətən kinolenti: Oqtay Mirqasımovun «Cadugər» və İlqar Safatovun «Dağın nəvəsi» mübarizə aparacaq. Rejissorlarla birgə festivala aktyorlar da gəlmişlər: Fuad Poladov və Ayan Mirqasımova. Konkurs nümayişinə Hamiz Muradovun ermənilər tərəfindən Qarabağda bizim abidələrimizin dağıdılmasından bəhs edən «Çığırtı» sənədli lenti də daxil olmuşdur. Bundan başqa «Qızıl Minbər»-in qonaqları və jürisinə doğrudan da nadir hadisə olan: Azərbaycan mültfilmi göstəriləcək. Bu surpriz Elçin Axundovun «Qızıl» əsəri olmuşdur. Keçən ilin yeganə multiki qaçqın uşaqlardan və onların ən yaxşı dostu medalçı-itdən söhbət açır. Düzdür, az büdcəli «Qızıl»-ın qələbəyə şansı çox deyil, rəqiblər çox güclüdür, Türkiyənin təqdim etdiyi «Min bir gecə» layihəsi nəyə desən dəyər.
Yeri gəlmişkən xatirə mükafatları ilə yanaşı festifalın ən yaxşı filmləri Rusiyanın mərkəzi kanalları və prokatla göstəriləcək. Lakin rusiyalılar azərbaycan «Cadugər»-ni görəcəklərmi, bu «Qızıl Minbər»-in 11 sentyabrda rəsmi bağlantısında məlum olacaq.