NƏRİMANFİLM TƏQDİM EDİR
Məşhur klassik dediyi kimi, «Bütün sənətlərdən – kino ən vacibidir!» O, heç olmasa burada haqlı idi. Bir qədər əminliklə demək olar ki, kino erkən uşaqlıq illərindən məntiqi sona qədər bizim yol yoldaşımızdır… Biz axşamı qısaltmaq və dincəlmək, nəyisə dərk etmək üçün kinoya baxırıq, bəzən isə, bizim müstəsna həyatmızdan tarix və ya nəsillər üçün ayrı-ayrı fraqmentləri təcəssüm etdirmək məqsədilə kinokameranı götürürük. Ən fədakarları «sınaqdan çıxmış həyat yollarından» kənarlaşıb mürəkkəb, əvvəlcədən məlum olmayan bir qədər Allah vergisi, orta iş qabiliyəti və idarəçilik bacarığı tələb edən kinobiznesə baş vururlar.
90-cı illərin sonunda Nəriman və İlqar Məmmədov qardaşları tərəfindən yaradılmış «Narimanfilm» kino incəsənətində öz stili və nəzərdə tutulmuş müəssisənin mənfəət gətirməsi barədə yavaş-yavaş və inadla işləyir. Dünya incəsənət təcrübəsi təsdiq etdiyi kimi, qardaşların əməkdaşlığı çox vaxt məhsuldar olur. Kinonun təməlini qoyanlar- Lümer qardaşları, Etan (prodüser) və Coel (rejissor) Koen qardaşlarının, Qrim nağılçı qardaşların, detektiv klassikləri Vayner qardaşları, 58-ci Kann kinofestivalının qalibləri, «Uşaq» filminə görə «Qızıl palma budağı» almış belçikalı Jan-Pyer və Lüka Dardenlər və s. yaradıcılığını xatırlamaq kifayətdir.
Məmmədov qardaşları yaxşı ssenaridəki kimi öz kinobizneslərində «rollarını» hər birinin təbii və professional keyfiyyətlərindən çıxış edərək səmərəli bölmüşlər. Nəriman, biznes sahəsində çoxillik müsbət təcrübə toplamış, Azərbaycanın işgüzar dairələrində və onun hüdudlarından kənarda yaxşı tanınmış, bizim oxucularımızın isə «hüquq» rubrikasının aparıcısı kimi tanıdığı professional hüquqşünas, biznesmen və menecer- yaradıcı prosesin təşkili üzrə hüquqi və prodüser işini öz üzərinə götürmüşdür.
İlqar Safat- kinorejissor, şair, rok-bard. 1972-ci ildə bakıda doğulmuşdur. M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Bakının müxtəlif qəzet və jurnallarında əsərləri dərc olunurdu. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edirdi. Yüzdən çox mahnının müəllifidir. 2002-ci ildə Moskvada SRAK (Ssenarist və Rejissorların Ali Kursları) bitirmişdir: V.İ.Xotinenko emalatxanası
«Narimanfilm» özünün birinci oyun filmini 2001-ci ildə çəkmişdir. 2002-ci ildə şirkətin ikinci oyun filmi «Dağın nəvəsi» bir neçə il ərzində Azərbaycanı Avropanın müxtəlif şəhərlərində, beynəlxalq Qafqaz layihəsi çərçivəsində təmsil etmişdir. Bütün bu müddət ərzində İlqar Safat həm oxuyur, həm də yeni kinolayihələr üzərində işləyirdi. Ali Kursları bitirdikdən sonra İlqar Safat il yarım Xabarovsk ş. Uzaq Şərq kinoxronika studiyasında rejissor işləmişdir. 2003-cü ildə «Səma kökləri» sənədli filmə görə Xabarovsk Diyarı Qubernatorunun diplomu və mükafatına layiq görülmüşdür. Sevindirici haldır ki, bizim həmvətənlərimizin «Səma kökləri» filmi dünyanın müxtəlif şəhərlərində göstərilmişdir, bir çox rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leyptsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olmuşdur. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilmişdir. «Səma kökləri» filmi Nyu-Yorkda Amerika Təbitəşünaslıq Muzeyinin (American Museum of Natural History) kitabxanasına daxil edilmişdir.
Yəqin, oxucu sual verəcək: Məmmədov qardaşlarının filmi nədən bəhs edir və onları harada görmək olar? Mən kinotənqidçi deyiləm, ona görə də onların işi barədə sözümü demək istəmirəm. Onların hər birinin ağıllı kinonun yaratdığı şeylərə, assosiasiyalara öz baxışı var. Xüsusən, yaxın zamanda siz «Narimanfilm» kinoşirkətinin filmlərini bizim şəhərin kinoteatrlarında və TV kanalları ilə görə bilərsiniz. «Dəhşətlər», bıçaqlaşma, nalayiq sözlər, hollivud yaraqlıları və aşkar söyüş filmlərindən yorulan rusiya ictimaiyyəti İslamın təbliğ etdiyi əbədi insani dəyərlər barədə filmlərin festivalını keçirməyi qərara almışdır. Bu Tatarstanın 1000-illiyinə həsr olunacaq və Tatarstan prezidenti Mintemir Şaymiyevin dəstəyi ilə Rusiya müfti Şurası, «İslam aləmi» televideoşirkəti tərəfindən təsis edilmiş «Qızıl Minbər» beynəlxalq müsəlman kinofestivalı olacaq. Bu kinoforumun məqsədi İslamın real mədəni-mənəvi ənənələrini əks etdirmək, rusiya və qərb kinosənayesində açıqlanan islam xofuna qarşı müsbət müsəlman obrazının yaratmaqdır.
Kinfestivalın təşkilatçıları «Narimanfilm» kinoşirkətinin fəaliyyətini çoxdan izləyirlər. Ona görə «Qızıl Minbər» kinofestivalında uzaq və yaxın xaricdən 15 ölkədən 80 film arasında «Narimanfilm» kinoşirkətinin orjinal işi –«Dağın nəvəsi» təqdim olunacaq.
Bu cür mötəbər kinoforumda jürinin işində aktrisa və rejissor Yelena Sıplyakova, aktyor Sergey Şakurov, bütün dünya üzrə 27 mükafat almış «Qayıdış» filminin rejissoru Andrey Zvyaginsev, kinoşünas Kiril Razloqov, həmçinin islam dünyası kinosunun görkəmli xadimləri də iştirak edəcəklər. Jürinin işinə bizim həmyerlimiz Rüstəm İbrahimbəyov başçılıq edəcək. Bu kompaniyada ünsiyyətdə olmaq nəyə desən dəyər, üstəlik sənin filmini qiymətləndirəcəklər – deməli, sənin işin buna layiqdir.
Kinofestival qurtardıqdan sonra əziz oxucular, biz sizə onun nəticələri barədə xəbər verəcəyik. Şübhəsiz, bizim həmvətənlərimiz Məmmədov qardaşlarının filmi öz tamaşaçısını tapacaq və jüri tərfindən layiqincə qiymətləndiriləcək və yaradıcılıq üçün müsbət təkana səbəb olacaq. Kinofestival – bu filmlər bayramında olan işdir. Lakin eyni zamanda bununla kifayətlənməmək, irəli getmək lazımdır. Bunu da «Narimanfilm» kinoşirkəti edir. Bu gün «Narimanfilm»-də yeni «6 sentə məhəbbət» filminin (filmin iş adı) çəkilişləri gedir. Bizdə necə deyərlər «Xeyirli olsun!» Uğurlar!
Businessman