Our services
switch to english versionswitch to russian version
Reqion xəbərləri

Cənubi Qafqaz (IFA-SC) - Müstəqil Kinoxadimləri Assosiasiasiyası 2005-ci ilin sentyabr ayında Gürcüstanın Tiflis şəhərində yaranmışdır.

(IFA-SC) əsas məqsədlərindən biri – Cənubi Qafqazda kinocəmiyyətlərinin inkişafı məqsədi ilə müəyyən işlərin görülməsidir, cəmiyyətin mədəniyyət və iqtisadiyyat nöqteyi nəzərindən inkişaf etmiş sektoruna çevrilməsidir.

İlqar Safatın Filmoqrafiyası:

1. “Min” (2001, Moskva)
2. “Dağın nəvəsi” (2002-2006, Bakı)
3. “Mən quşları xatırlayıram...” (2002, Moskva)
4. “Səma kökləri” (2003, Xabarovsk)
5. “Daşda yaşayan ruh” (2003, Xabarovsk)
6. “Azadam. Öpürəm. Boris” (2004, Moskva).
7. "Sonet 129" (2005, Moskva)
8. "Sofrinskaya Boqoroditsa" (2005, Moskva)
9. “Məhsuldar otlaqlarda” (2006, Bakı).
10. "Qobustana qayıdış" (2007, Bakı)
11. "Pəri-Qala" (2007, Bakı)
“QOBUSTANA QAYIDIŞ”
(2007, Bakı)__

İstehsalı: “Narimanfilm”
Sürəklilik: 52 dəq
Format: BETACAM SP
Ssenari müəllifi, operator və rejissor – İlqar Safat
Səs rejissoru – Teymur Kərimov
Montaj: İlqar Safat
Prodüser: Nəriman Məmmədov

Qobustan – bəşəriyyətin beşiklərindən biridir. Qobustan petroqliflərinin 20000-ə yaxın yaşı var. Bütün dövrlər bu daşlar üzərində öz izini qoymuşdur: tarixəqədərki qəbilələrin sakral işarələrindən tutmuş Roma legionerlərinin və Sovet dövrü adamlarının yazılarınadək. Tərlan bu daşlar arasında böyümüşdür. O, bu daşları uşaqlıqdan tanıyır. Tərlan bizi Qobustanın bütün mərasim mağaralarından keçirəcək, bizə qəribə qayaüstü şəkilləri, Günəş məbədinin xarabalıqlarını, müqəddəs təbil daşını və bir çox digər, yalnız Qobustanda görə biləcəyimiz şeyləri göstərəcək.

Ünvan: Bakı şəhəri, AZ1003, F. Qurbanov küçəsi, 13/5
Tel.: (994 12) 491 63 79
Mob.: (994 50) 216 32 65
Faks: (+994 12) 498 81 64
E-mail: nmammadov@inbox.ru, mail@narimanfilm.az