news

Nəriman Məmmədov Azərbaycan Prodüserlər Gildiyasın İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub

Azərbaycan Prodüserlər Gildiyası  bildirir ki, Müşfiq Hətəmovun “Space” MRTŞ MMC -nin sədri vəzifəsinə təyin olunması səbəbindən Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin Sədri vəzifəsinin icrası İdarə Heyətinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova həvalə olunmuşdur. Ölkəmizdə kino sənətinin inkişafı və kinematoqrafçıların professional fəaliyyəti üçün müsbət mühitin yaradılması məqsədilə Azərbaycan Prodüserlər Gildiyası bütün kino işçilərini əməkdaşlığa çağırır. Gildiyanın 2021-2022 il dovrü üçun geniş fəaliyyət proqramı tezliklə kino ictimaiyyətinə təqdim olunacaqdır. Gildiya Müşfiq Hətəmova İdarə Heyətinin Sədri kimi göstərdiyi fəaliyyətinə görə təşəkkür edir və ona yeni vəzifəsində uğurlar arzulayır!