Şirkət haqqında

Narimanfilm məhdud məsuliyyətli şirkət olaraq, 1994-cü ildə Azərbaycanda, Bakı şəhərində təsis edilmişdir. Şirkətin filialları həmçinin Russiya, BƏƏ və Polşada fəaliyyət göstərir. Müştəriləri və partnyorları ən yaxşı məhsul və xidmətlə təmin etmək məqsədilə şirkətdə təcrübəli ssenaristlər, rejissorlar, texnik və dizaynerlər komandası yaradılıb. Bizim yerli, xarici müştərilərlə müxtəlif diapazonlu və büdcəli layihələrin həyata keçirilməsində 25 ildən artıq təcrübəmiz var.

MƏQSƏD

Reqionda ən yaxşılardan olmaq. Narimanfilm seçilmiş biznes sahələrində və yerlərdə həm peşəkar video çəkilişləri üzrə xidmət provayderi, həm də yeni media-texnoloji həllərin reallaşmasında ən qabaqcıl provayder olmağa çalışır.

KEYFİYYƏTLƏRİMİZ

Biz MƏHSUL istehsal edirik və yüksək KEYFİYYƏTLİ XİDMƏT göstəririk. Biz işimizdə çevik, səlahiyyətli və verdiyimiz vədləri yerinə yetiririk.

VƏZİFƏ

Bizim vəzifəmiz Azərbaycanda biznes – icmasını keyfiyyətli, sanballı brend adı olan xidmətlə təmin etmək, foto və video çəkiliş, peşəkar avadanlıqların icarəsi, texniki dəstək, müştəri xidməti sahəsində rəqibi olmayan etibarlı və peşəkar texniki dəstək təqdim etməkdir. Azərbaycanda və Cənubi Qafqazda qabaqcıl texnologiyalardan istifadə edərək distribyutor kimi istehlakçı və müştəriləri cəlb etmək, həmçinin kino filmlərinin istehsalında texnologiya sahəsində aparıcı kompaniya olmağa çalışırıq. Biz, Azərbaycanda kino sənayesinin inkişafında yerli rejissorların və kino işçilərinin təlimi, milli, sənədli, oyun filmlərinin istehsalı və onların beynəlxalq, yerli bazarlarda təbliği vasitəsilə iştirak etmək istəyirik. Biz, xarici rejissorlara Azərbaycanı, natura çəkilişləri üçün əlverişli, gözəl, füsunkar təbiəti olan bir ölkə kimi tanıtdırmaq istəyirik. Bu da xarici layihələrin reallaşdırılması üçün ölkəmizi populyarlaşdırmağa imkan verəcəkdir.